Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Mollakənd kəndi ərazisində pambıq sahələrinə baxış keçirib-Foto

Saat24.Az xəbər verir ki,Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Elxan İbrahimov Mollakənd kəndi ərazisində pambıq sahələrinə baxış keçirib.
Cari ildə Kürdəmirdə 2077,1 hektar sahədə pambıq əkini həyata keçirilib. Əkilən sahələrə düzgün aqrotexniki qulluq edilib. Hazırda tarlalar bar fazasındadır.
Respublikamızın bir çox yerində olduğu kimi, Kürdəmirdə də ölkə iqtisadiyyatında mühüm yer tutan, iş yerləri ilə təminatda böyük pay sahibi sayılan pambıqçılığın inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilməkdədir.
 

3804