Yevlax rayonunda növbəti səyyar qəbul Aran qəsəbəsində keçirildi-FOTO

Saat24.Az xəbər verir ki,Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısının səyyar qəbul qrafikinə uyğun olaraq növbəti qəbul rayonun Aran qəsəbəsində keçirildi. Səyyar qəbulda ŞİHB aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının, rayonda fəaliyyət göstərən xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Qəbul zamanı sakinlər tərəfindən ayrı-ayrı sahələrə dair səsləndirilən məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib. Bəzi məsələlər həlli üçün müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlar tərəfindən nəzarətə götürüldü, digər məsələlər barədə isə sakinlərə qanunamüvafiq izahatlar verildi.
Şəhər Rəhbəri qəbulda Azərbaycan Respublikası Prezidenti Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin diqqət və qayğısı altında Respublikamızda, o cümlədən Yevlaxda aparılan, abadlıq, quruculuq işlərindən, əhalinin sosial durumunun yaxşılaşdırılması üçün həyata keçirilən işlərdən, şəhid və qazi ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan danışıb.
Qəbulda Şəhər Rəhbəri Rəqəmsal icra hakimiyyətinin Portalı barədə də sakinlərə məlumat verib, vətəndaşlara vaxt itkisinə yol vermədən rastlaşdıqları çətinliklər, problemlər barədə portala müraciət etməyi tövsiyə edib
Sakinlər problemlərinə həssaslıqla yanaşıldığı üçün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevə və Birinci Vitse Prezident hörmətli Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə etdilər.

1420