QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Gələcək” İntellektual İnkişafa Yardım İctimai Birliyinin Region məktəblərində xüsusi siniflərdə dərs deyən müəllimlərə innovativ təlim metodları ilə bağlı təlimlərin təşkili Layəsi çərçivəsində 07 , 08 may tarixlərində Ucar və Göyçay rayonlarında təlimləri baş tutub.
7 təlimin keçirilməsi nəzərdə tutulan Layihənin əsas məqsədi ümumtəhsil və internat tipli məktəblərndə fəaliyyət göstərən xüsusi təhsil siniflərində təhsilin keyfiyyətinin artırılması və həmin siniflərdə təhsil alan sağlamlıq imkanları məhdud şagirdlərin sosiallaşmasını sürətləndirəcək fəaliyyətlərin artırılması və həmin siniflərdə dərs deyəcək müəllimlərin təkmilləşməsi, beynəlxalq təcrübəni təbliğ etmək və innovativ tədris metodik resurslarından dərs keçmə zamanı operativ və səmərəli istifadəsi üçün marifləndirməkdən ibarətdir. Layihənin ana məqsədi bu sahədə peşəkar pedaqoqlardan ibarət vahid TƏLİM RESURS MƏRKƏZİ-nin formalaşdırılmasıdır.
Təlimlər aşağıdakı mövzuları əhatə edəcək; İnnovativ təlim metodları, Qeyri formal təhsil (Müəllim, Təlimçi Fasilitator) metod və prinsipləri, Həssas uşaqlar (İshtirakçı tipləri), Qeyri zorakı ünsiyyət, Online alətlər, Tənqidi düşüncə, Vaxtın idarə olunması, Emosional zəka, Özünü tanı (JoHary Pəncərəsi), Komanda işləri üçün tapşırıqlar.
Qeyd edək ki, 14 sessiyadan ibraət olan təlimlərə Xüsusi siniflərdə dərs deyən müəllimlər, psixoloqlar və təlimçilərdən ibarət 54 iştirakçı qatılıb.