Şuşanın azad edilməsi ilə artıq biz müharibəyə yekun nöqtəni qoyduq - Jalə Əliyeva

"Şuşa bizim qədim tariximizdir. Bu şəhər azərbaycançılığın bir simvoludur. Şuşa mədəniyyətimizin beşiyidir".
Bu sözləri Saat24.Az-a açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, artıq Şuşanın türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi özlüyündə Şuşanın dəyərini, türk dünyasının mənəvi əhəmiyyətini bir daha göstərdi: "Şuşa sadəcə Azərbaycan üçün deyil, bütün türk dünyası üçün çox əhəmiyyətli mədəniyyət paytaxtı, strateji mərkəzdir. Təsadüfi deyil ki, Şuşanın azad edilməsi ilə artıq biz müharibəyə yekun nöqtəni qoyduq. Əlbəttə ki, bu gün Şuşada sadəcə mədəni tədbirlər yox, həmçinin siyasi arenanı əhatə edən, beynəlxalq tədbirlər keçirilir. Ölkə Prezidenti cənab Prezident İlham Əliyev "Şuşa, biz qayıtdıq", "Sən artıq bizimsən" ifadəsi ilə bütün dünyaya mesaj verdi. Ali Baş Komandanın böyük əzmkarlığı, dəmir yumruğunun sayəsində biz torpalarımızın hər qarışını azad etdik. Bu günlərdə Xocalının Fərrux kəndinin azad edilməsi artıq bizim qələbə tariximizə yazılan əhəmiyyətli səfərlərdən biridir. Azərbaycan bütün sahələrdə regionun və dünyanın əhəmiyyətli ölkələrindən biri olaraq hər zaman yüksələcək”.

996