Şuşa qoxulu, Fəxr ,Qürur, Sevinc göz yaşılı ,illərin həsrətinin arxada qaldığı bir gün-Gülnar Rəhimqızı

Bu sevinci qüruru bizə yaşadan Ali Baş Komandanımız İlham Əliyev və Müzzəffər Ordumuzun cəngavərlərinə minnətdarıq!
"Xarıbülbülümüzü" bizə geri qaytaranlar, canlarını bizlər Şuşa sən azadsan sözünü fəxrlə deyə bilməyimiz üçün fəda edənlərimiz ruhunuz qarşısında baş əyirik!
Bizim artıq Mədəniyyət Paytaxtımız olan Şuşada Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə «Xarıbülbül» musiqi festivalı keçirildi. "Xarıbülbül "musiqi festivalının keçirilməsi ilə ardı-ardına müxtəlif səpkili tədbirlər,qurultay,
iclaslar,festivallar keçirilməsi davam etdirilir.
Azərbaycanın gənc xanımı Gülnar Rəhimqızı olaraq Azərbaycan xanımlarını dünyaya ən ali dərəcədə sevgi,mədəniyyət, mənəviyyatını təbliğ etməklə tanıtdığınız və nümunə olmağınıza görə sizə minnətdarlığımı bildirirəm Bizim Mehriban xanım Əliyeva.
Bir zərif qadının arxasında güclü, qüdrətli bir kişi dayanmalıdır. Amma güclü, qüdrətli kişinin də yanında ağıllı, müdrik, nəcib, xeyirxah bir qadının da olması bu birliyə dərin məna, bütövlük gətirir. Böyük bir missiya daşıyan tərəflər üçün bu tamlığın olması xüsusilə zəruridir. Bu mənada ölkənin və xalqın taleyi Prezident İlham Əliyevin və onun füsunkar xanımı Mehriban Əliyevanın güclü və qətiyyətli fəaliyyətinə bağlıdır. Bu gücə dayaq olan da məhz xalqdır. İki tərəfin birliyi Azərbaycanın gələcəyinin ən böyük qarantıdır.
Azərbaycanın birinci xanımının ali məramlı fəaliyyəti ölkəmizdə ayrı-ayrı sahələrin inkişafında müstəsna rol oynamaqla respublikamızın tərəqqisinə mühüm töhfələr verir.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində “Xarıbülbül” musiqi festivalı keçirildi.
Qeyd edək ki, Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülbül” musiqi festivalı ilk dəfə 1989-cu ilin may ayında Şuşanın əsrarəngiz Cıdır düzündə təşkil olunub.
32 ildən sonra Cıdır düzündə keçirilən budəfəki «Xarıbülbül» musiqi festivalı Heydər Əliyev Fondu tərəfindən təşkil olunmuşdu.Festival çərçivəsində Cıdır düzündə Azərbaycanda yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edildi, xalq mahnıları və klassik musiqidən ibarət proqram təşkil olundu.Mehriban Əliyevanın dövlətçiliyimizin möhkəmlənməsində, gəncliyin yetişməsində, milli-mənəvi irsimizə, mədəniyyətimizə, xalq musiqisinin yaşamasına, təhsilin, səhiyyənin inkişaf etməsinə qayğı göstərməsi, onun şəxsində maarifpərvər, vətənpərvər imicinin formalaşmasına səbəb olmuşdur.
Bu gün mənəvi sərvətlərimizin, xüsusən də kökü çox dərinlərə işləmiş "Xarıbülbül"ün mənəvi dəyərlərini dünyada tanınması, təbliğ olunması və sevilməsi üçün Mehriban xanımın göstərdiyi diqqət sadəcə möcüzəvidir.
Birinci xanım statusunu daşımaq haqqını tale özü müəyyən edir. Lakin bu nəcib, şərəfli adı həqiqi mənada, mənəvi-əxlaqi dəyərlərin ucalığında qazana bilmək haqqı, əlbəttə, onun xalqına, vətəninə böyük məhəbbəti, milli ruha, ideologiyaya, azərbaycançılıq məfkurəsinə bağlı olması ilə xarakterizə olunur. O, “Birinci xanım” statusunda ilkindi, əvəzsizdi, bənzərsizdi.
Mehriban xanımın şəxsiyyətini ictimai-siyasi, mədəni fəaliyyətinin fonunda qədərincə səciyyələndirmək olar.
Onun genişhəcmli ictimai fəaliyyəti bütün aydınlığı ilə göstərdi ki, O, təkcə öz ailəsinə deyil, həm də xalqına məxsusdur. Həyatının bir məqamında taleyini xalqın həyatı ilə birləşdirib, onun yeniləşməsi, inkişafı yolunda çalışmağa yönəltdi. Tanrının ona bəxş etdiyi belə bir missiyaya ürək verməsi, Onun zərif çiyinlərinə həm də ağır yük qoymuşdur. “Xalqım üçün bacardığımı etməliyəm”, fikri ömrünün mənasına çevrildi.
Bizim xoşməramlı Mehriban xanım Əliyeva Azərbaycan xanımları adından həsrətlə qüssə dolu illəri geridə qoyaraq Şuşamıza sevgi, mədəniyyət,musiqi,mənəviyyat,barış apardı.
Sən Azadsan Şuşamız!

Gülnar Rəhimqızı:  Azəriqaz qadın və inkişaf şurasının sədri.
 
 

640