Prezident fikirləri ilə bu torpaqlarda bundan sonra əbədi yaşayacağımızı bildirdi - Jalə Əliyeva

“Cənab Prezident ötən il olduğu kimi bu il də Novruz Bayramını qədim Qarabağda qeyd etdi”. Bu sözləri Saat24.Az-a açıqlamasında deputat Jalə Əliyeva deyib.

Onun sözlərinə görə, dövlət başçısının Suqovuşanda bayram təbrikində qeyd etdiyi fikirlər əlbəttə ki, bir daha Azərbaycanın mövqeyi, sarsılmaz iradəsi, dünya birliyində öz sözünün sahibi olması dayanırdı. Dövlət başçısının ifadələrinin hər biri bütün dünyaya bir mesaj idi. Prezident səfər zamanı qeyd etdi ki, biz öz torpaqlarımızdayıq. Artıq biz Şərqi Zəngəzura qayıtmışıq. Bundan sonra da bu torpaqlarda əbədi olaraq yaşayacağıq. Prezident bu fikirləri ilə işğaldan azad etdiyimiz torpaqlarda bundan sonra əbədi yaşayacağımızı, eyni zamanda tarixi ədaləti də bərpa etmək istiqamətində fəaliyyətlərimizi dayandırmayacağımızı, əksinə bu siyasəti davam etdirəcəyimizi bildirdi. Həmçinin cənab Prezidentin səfər zamanı ifadə etdiyi fikirlərin arasında Azərbaycanın günü-gündən daha güclü və sarsılmaz olması dayanırdı”.

979