Azərbaycanda insan faktoruna köklü yanaşma üçün araşdırmalara start verib. 2022-2025-ci illər üçün, uşaq, yeniyetmə və gənclərin asudə vaxtı və gələcək üçün yetişdirilməsi, yəni ideoloji işin binövrəsinin qoyulması üçün Azərbaycan dövləti yola çıxır. Aydındır ki, gələcəyin dövlətləri üçün bu, son dərəcə mühim amidir. Bu insan faktoruna, insan, vətəndaş yetişdirməyə köklü yanaşmadır. Köklü yanaşma deyəndə, ağıla ilk gələn təbii ki, azyaşlılar, yeniyetmə və gənclər olur. Onların həyat, tərzi maraqları necədir, necə yönəltmək lazımdır deyə düşünmək vacib olur. Həmin nəsli milli kökdən ayırmaq üçün hansı cəhdlər var və Azərbaycan bu kimi halların qarşısını almaq üçün hansı qərarlar qəbul etməlidir sualına cavab vermək lazım gəlir. Təbii ki, bunun bir yolu var, ölkə üzrə sadalanan kateqoriyanın vəziyyətini öyrənmək, uşaq, yeniyetmə və gənclərlə bağlı vahid relsi, milli ideoloji kursu müəyyənləşdirmək.
Müasir dünya, o cümlədən Azərbaycan üçün gələcək nəslin vətəndaş və insan modeli hansıdır? Vahiddir. Milli dəyərləri unutmamaq, müasir vacibləri öyrənməklə, gələcəyə getmək. Sirr deyil, dünyanın beyin mərkəzləri, bu istiqamətdə, hətta 50 il öncəni sistemləşdirir. Azərbaycan isə bu prosesi qısa zamanda başlatmalıdır. Təbii ki, dövlətin müvafiq qurumlarının təkliflər paketi təüdim etməsi ilə. Bəs o qurumlar təklif üçün hansı addım atmalı? Bu məsəlıdə məsul qurumlardan biri, MM-in komitə sədri Zahid Orucun rəhbərlik etdiyi Sosial Tədqiqatlar Mərkəzidir, sabiü vitse-spiker Bahar Muradovanın sədri olduğu Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi də məsələdə vacib dövlət üurumlarındandır. Komitə və mərkəz Azərbaycanda uşaqların ailə və cəmiyyət münasibətlərindəki rolu mövzusunda sorğu keçirib. Nəticələri digər dövlət qurumları ilə bölüşmək üçün təqdimat mərasimi də keçirib. Uşaqsız ailələr, valideyn hüququndan imtinanın statistikası, həmçinin səbəbləri, uşaq, yeniyetmə və gənclərin asudə vaxtının düzgün təşkili, bu yöndə ailələrin imkanları, pis vərdişlərə aludəçilik, mütaliəyə, elmə, təhsilə münasibət, erkən nigahlar, insan alerinə uşaqların cəlbi, uşaq zorakılığının səviyyəsi, küçə həyatına meyillilik həddi kimi məsələlər araşdırmanın predmeti olub.
Təqdim olunan nəticələrin mühim qərarların qəbulu üçün yol xəritəsi də hesab etmək olar. Ölkənin mədəniyyət, sosial, siyasət, idman, təhsil qurumlarının nümayəndələrinin iştirak etdiyi müzakirədən bəlli oldu ki, artıq real addımlar atmağın zamanıdır.
Prezident İlham Əliyevin son çıxışlarından birində söylədiyi kimi, Azərbaycan, xarici təsirlərdən qoruduğu gəncliyi, milli dəyərlərlə gələcəyə yönəltməlidir. Başqa sözlə, milli dəyərlər Azərbaycan və gələcək üçün prioritetdir. Güclü dövlət quruculuğu işinin təməlidir. Bu günki uşaq, yeniyetmə və gənc, Azərbaycanın milli təhlükəsizliyinin gələcəyidir, qarantıdır, təminatıdır. Azərbaycanın bu günki zəfər uşaqları, gələcəyin milli dövlət idarəçiləri, ideoloqları, dövlət xadimləridir.
Odur ki, bu işdə işğaldan azad olunan ərazilərə köçürülən ailələrin uşaqları xüsusi önəmlidir. Oktyabrın 19-da Zəngilanın Ağalı kənd məktəbində uşaqlara xüsusi diqqət göstərən Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci Vitse-Prezident Mehriban Əliyevanın çıxış və davranışları belə deməyə ciddi əsasdır.
Üstəlik Ağalıdakı məktəbli qızın hərbçi olmaq arzusunu Ali Baş Komandanla bölüşməsi, deməyə əsas verir ki, artıq 44 günlük savaşın zəfər uşaqları da yetişməkdədir. Qalır onları vahid instruksiya əsasında gələcəyə ötürmək. Bu isə dövlətin bu gün eçün əsas prioritetidir.
Odur ki, STM rəhbəri Zahid Orucun da təqdimat mərasimində söylədiyi kimi, işğaldan azad olunan rayonlarda yaşayacaq uşaq, yeniyetmə və gənclər üçün həmin ərazilərdə mərkəzlərin qurulması da görüləcək işlər siyahısında, öndə olmalıdır. Həmin nəsil, zəfər standartları ilə yetişməli, Cənubi Qafqazın ən güclü dövləti olan Azərbaycanın gələcəyini bütün sahələrdə qorumalıdırlar. Əslində Azərbaycan dövləti elə zəfər uşaqlarına güvənib, gələcək qurur.
Jalə Mütəllimova