Millət vəkili, Milli Məclisin Ailə, qadın,uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva Zərdabda Heydər Əliyev Mərkəzində növbəti qəbulunu keçirib. Əvvəlcə Mərkəzin yerləşdiyi Heydər Əliyev parkında Ulu Öndərin heykəli önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb. Sonra vətəndaşların qəbulu başlayıb. Təxminən 4 saat davam edən görüşdə 40-dan çox müraciət dinlənilib. Qəbulda qaldırılan məsələlər əsasən işədüzəlmə ilə bağlı olub. Eyni zamanda əlillik dərəcəsinin təyin edilməsində, sosial müavinətlərin verilməsində yaranan problemlər,müayinə və müalicəyə kömək,məhkumluqda olan şəxsin əfv edilməsi ilə bağlı məsələlər qaldırılıb. Qaldırılan problemlərin bir qismi elə qəbul sırasında əlaqədar qurumlarla aparılan telefon danışığı nəticəsində həllini tapıb. Digər məsələlər barədə rəsmi qurumlara yazılı və şifahi müraciət ediləcəyi bildirilib. Gələnlər, qaldırılan məsələlərə həssaslıqla yanaşıldığına görə və səmimi ortamda keçən qəbul üçün təşəkkür ediblər.
Qəbulda Zərdab rayon İcra Hakimiyətinin məhsul işçisi Murad Həsənov iştirak edib.
Saat24.Az Coşqun Abdullayev