Dünən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2022-ci il fəaliyyəti ilə əlaqədar Milli Məclisin ailə, qadın,uşaq məsələləri komitəsində iclas keçirilib. İclasda Dövlət Komitəsinin hesabatı dinlənilib. Milli Məclisin komitə sədrinin müavini Jalə Əluyeva hesabat ətraflnda aparılan müzakirələr zamanı çıxış edərək, mülahizələrini bildirib, təkliflərini verib.