Millət vəkilləri Çexiyalı həmkarları ilə görüşdülər-Foto

 

 

Milli Məclisdə Azərbaycan – Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Millət vəkili Elnur Allahverdiyev, Emin Hacıyev və Əliabbas Salahzadə ilə ölkəmizdə səfərdə olan Çex Respublikası Parlamentinin Deputatlar Palatasının Çexiya – Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Yan Kubik və səfir Milan Sedlaçeklə görüşüblər. Azərbaycanın ev sahibliyi ilə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək məqsədilə ölkəmizə səfərə gələn Yan Kubik bu il ərzində ikinci dəfədir Bakıdadır.
Yan Kubik qəlbən Azərbaycanı sevən, özünü xalqımızın dostu hesab etdiyini bir daha bəyan edib. O, Çexiya parlamentində Azərbaycanın haqq səsini həmkarlarına çatdırdıgını, xüsusilə də Qarabağla bağlı həqiqətlər barədə yaşadığı cəmiyyəti məlumatlandırmaq üçün ciddi səy göstərdiyi bildirib. Onun bu səfəri ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsinə əlavə stimul verəcək.

1338