Millət vəkili Jalə Əliyeva Zərdab rayonunda seçiciləri qəbul edib - Foto

Milli Məclisin komitə sədr müavini Jalə Əliyeva vətəndaş qəbul keçirib, onların müraciətlərini dinləyib.

Saat24.Az xəbər verir ki, parlamentin deputatı Jalə Əliyeva vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, müharibə əlillərinin, veteranların, hərbi qulluqçuların problemləri ilə maraqlanıb. Vətən müharibəsi qazilərinin müraciəti aidiyyəti üzrə öz həllini tapması üçün nəzarətə götürülüb. Vətəndaşlar əsasən ailə-məişət, işlə təminat, əmək təqaüdləri, sosial məsələlərlə bağlı müraciət ediblər.

Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerində həll edilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyəti orqanlara sorğular göndərilib.
Bəzi seçicilər təşəkkür etmək üçün qəbula gələrək, problemlərini həll etdiyi üçün, Jalə Əliyevaya təşəkkür ediblər.

1320