Kürdəmirdə qazi və müharibə iştirakçıları olan təhsil işçiləri ilə görüş keçirilib-Foto

Saat24.Az xəbər verir ki,İyulun 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Kürdəmir şəhərinə səfəri çərçivəsində Kürdəmir və Zərdab rayonlarında çalışan Qarabağ müharibəsinin iştirakçısı olan təhsil işçiləri ilə görüşüb.
Görüşdə idarə müdiri Elçin Kərimov təhsil işçilərinin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında göstərdiyi əvəzsiz xidmətlərindən danışıb və o cümlədən, 44 günlük Vətən müharibəsində Zəfərin əldə olunmasında təhsil işçilərinin xüsusi rolunu vurğulayıb.
Daha sonra təhsil işçiləri döyüş xatirələrini bölüşüb, onlara göstərilən diqqət üçün təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, görüşün keçirilməsində məqsəd müharibədə iştirak etmiş təhsil işçilərinə diqqət, təhsil işçilərinin Qələbənin əldə olunmasında rolunun vurğulanması, onlarla görüşün gənclərə stimul verməsi və vətənpərvərlik hisslərinin aşılanmasından ibarətdir.

1103