Jalə Əliyeva: Məktəb tikintisi və təmirinə ayrılan vəsait artırılmalıdır

“Ölkədə məktəb tikintisi və təmirinə ayrılan vəsait bir daha nəzərdən keçirilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Jalə Əliyeva deyib.

    Deputat bildirib ki, qəzalı vəziyyətdə olan məktəb binalarının tikintisi önə alınmalıdır: “Amma həmin məktəblər siyahıda baxırsan, hələ 5-6 il sonra təmirə yazılıb. Orada təhsil davam edir, uşaqlar gözləmir. Bu istiqamətə ayrılan vəsait artırılmalıdır”.

    1639