İnsanlarımız öz əzəli ata-baba yurdlarına geri dönürlər" -MİLLƏT VƏKİLİ Jalə Əliyeva MÜNASİBƏT BİLDİRDİ

 

     

    “Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və göstərişi ilə azad edilən ərazilərdə həyata keçirilən quruculuq işləri və sərəncamı ilə təsis edilən şəhər günləri həm tarixilik, həm mənəvi, həm də strateji baxımdan çox böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.

    44 günlük Vətən müharibəsində əldə edilən zəfərdən sonra azad olunan torpaqlarımızın hər birində böyük abadlıq, quruculuq işlərinin həyata keçirildiyini xatırladan deputat söyləyib ki, bu gün dünya insanı tam 30 il ərzində Azərbaycanın sürükləndiyi ədalətsiz müharibənin nəticələrini və bu acı nəticələrin qısa zamanda arada qaldırıldığını öz gözləri ilə görür: “Bu gün işğaldan azad olunmuş ərazilərimizin hər birində toy bayramdır. Çünki insanlarımız öz əzəli ata-baba yurdlarına geri dönürlər”.

    J.Əliyeva qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bizlər üçün mümkün olmayanı edib: “Bir zamanlar arzusunda olduğumuz, həsrətini çəkdiyimiz torpaqlar işğaldan azad olunmaqla yanaşı, ölkəmizin ərazi bütövlüyü və suverenliyi təmin olunub. Biz bu gün münasibəti ilə başda cənab Prezident İlham Əliyev olmaqla bütün xalqımızı eyni zamanda, zəngilanlıları təbrik edir, gününüz mübarək olsun, deyirik”.

    1426