İdarə müdiri Kürdəmirdə vətəndaşları qəbul edib-Foto

Saat24.Az xəbər verir ki,İyulun 6-da Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Kürdəmir şəhərində həmin rayon qeydiyyatında olan sakinləri qəbul edib.
Keçirilən qəbulda vətəndaşlar əsasən işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət ediblər.
İdarə müdiri qəbula yazılmış vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində idarənin aiddiyatı üzrə struktur bölmələrinin əməkdaşlarına konkret tapşırıqlar verib.

1398