“Heydər Əliyev. 100 faktın tarixi” kitabının təqdimat mərasimi keçirilib-Foto

 Azərbaycan Partiyası Yasamal rayon təşkilatında “Heydər Əliyev. 100 faktın 

tarixi” kitabının təqimat mərasimi keçirilib. Təqdimat mərasimində YAP Yasamal 
rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakmiyyətinin 
başçısı Elşad Həsənov, Milli Məclisin deputatları Elnur Allahverdiyev,Soltan Məmmədov, Jalə Əliyeva və Ramin Məmmədov, ali məktəb rektorları, AMEA-nın şöbə və kafedra müdirləri, YAP Yasamal rayon təşkilatının və
Yasamal Rayon İcra Hakimiyyyətinin əməkdaşları, ərazi üzrə partiya 
təşkilatlarının sədr, sədr müavinləri iştirak edib.
Təqdimat mərasimində çıxış edənlər - YAP Yasamal rayon təşkilatının sədri 
Bəxtiyar Nəbiyev, YAP Veteranlar Şurasını üzvü, Dövlət İdarəçilik
Akademiyasının rektoru Urxan Ələkbərov, AMEA Fəlsəfə və Hüquq İnstitutunun 
Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri Rəna Mirzəzadə, Bakı Dövlət 
Universiteti Tarix fakültəsinin Qafqaz xalqları tarixi kafedrasının müdiri İradə
Hüseynova, AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun 
"Əliyevşünaslıq" şöbəsinin müdiri Ədalət Qasımov, Bakı Dövlət Universiteti Tarix 
fakültəsinin Azərbaycan tarixi kafedrasının müdiri Azad Rzayev, Milli Məclisin 
deputatları Soltan Məmmədov və Elnur Allahverdiyev, Yasamal Rayon İcra 
Hakmiyyətinin başçısı Elşad Həsənov çıxış edərək qeyd ediblər ki, müasir müstəqil 
Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyü təmin 
edən azərbaycançılıq ideologiyasının banisi, xalqımızın və dövlətimizin xilaskarı, 
Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı tarixi 
xidmətləri misilsizdir. Ulu öndər Heydər Əliyev həm SSRİ dönəmində, həm də
müstəqillik illərində ölkəmizə rəhbərliyi dövründə xalqın rifah halının daha da 
yaxşılaşdırılması, respublikamızın tərəqqisinin təmin olunması və digər 
istiqamətlərdə tarixi əhəmiyyətə malik olan misilsiz işlər görüb. Bu gün müasir 
müstəqil Azərbaycan Ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf 
edir. Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident cənab İlham Əliyev 
tərəfindən uğurla davam etdirilir.
Qeyd edək ki, Milli Məclisin deputatları Elnur Allahverdiyev və Soltan 
Məmmədovun ideya müəllifləri və məsləhətçiləri olduqları kitabda Azərbaycan 
xalqının Ümummilli lideri, müasir Azərbaycanın qurucusu, görkəmli siyasi və
dövlət xadimi Heydər Əliyevin Azərbaycan tarixindəki roluna dair 100 mühüm tarixi fakt yer alır. Kitabda Ümummilli liderin dövlətçilik fəaliyyətinin əsas 
istiqamətlərindən 100 ən əlamətdar olanı seçilib, onun müsahibələrinə, çıxışlarına 
və bəyanatlarına, eləcə də səfərlərinə və müxtəlif görüşlərinə toxunulub. “Heydər 
Əliyev. 100 faktın tarixi” kitabı 2023-cü ildə “Heydər Əliyev İli” çərçivəsində
ərsəyə gətirilib, geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. İlk təqdimat 
mərasimi ötən ilin dekabrında olub. Hazırda kitabın elektron versiyası və saytı 
üzərində iş gedir. Rus, ingilis, fransız və çex dillərinə təcürmə olunur. Kitabın bu 
dillərdə də çapı nəzərdə tutulur.

1725