Daha bir Uğur, daha bir Qələbə!
Daha bir təmkin, daha bir cəsarət, daha bir qətiyyət nümunəsi!
Qan tökülmədən, Şəhid verilmədən əldə edilən, əldə etdiyimiz daha bir parlaq Zəfər!
Rəşadətli Azərbaycan Ordusu, şanlı Silahlı Qüvvələrimiz 10 noyabr 2020-ci il bəyanatının ruhuna uyğun olaraq, mövqe dəqiqləşdirmələri həyata keçirərək, uzun illərdən bəri işğal altında olan çox mühüm, strateji əhəmiyyətli Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqeləri öz nəzarətinə keçirdi.
Uzun illərdən sonra ay-ulduzlu, üç rəngli bayrağımız Fərruxda ucladıldı, dalğalandırıldı.
Bəli, Fərrux kəndi və yüksəklikləri qanlı Birinci Qarabağ Savaşında ən çox Şəhid veridyimiz yurd yerlərimizdəndir.
Onlarla, bəlkə də yüzlərlə Vətən sevdalımız məhz bu kənd və onun ərtafındakı yüksəkliklər uğrunda canlarını fəda etdilər, Şəhid oldular.
Fərrux kəndi və onun ərtafındakı yüksəkliklərin yenidən nəzarətimizə keçməsi ilə həm də nakam Şəhidlərimizin ruhları sevinmiş oldu.
Müzər Ali Baş Komandanın Rəşadətli Ordusu Şəhidlərimizin qisasını qiyamətə saxlamadı, qanını yerdə qoymadı.
Fərruxu yendən özünə, azadlığına, Azərbaycanına qovuşdurmuş, Şəhidlərimizin ruhları qarşısında borclarını yerinə yetirmiş oldu.
Bəli, dağlı-aranlı Qarabağın hər bir qarışı Azərbaycanındır, bizimdir.
Bizim olub, bizimdir və bizim olacaq.
Kimsə də, kimlərsə də Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunması yolunda qanuni, hüquqi, doğal haqlarını onun əlindən ala bilməz və ala bilməyəcək.
Bu günə kimi kiməsə, kimlərəsə müyəssər olmadığı kimi, bundan sonra da müyəssər olmayacaq.
Bəli, bundan sonra da məhz 10 noyabr bəyanatının ruhuna uyğun olaraq, mövqe dəqiqləşdirmələri davam edəcək, davam etdiriləcək və Azərbaycanımızın, Qarabağımızın, ona bitişik yurd yerlərimizin hər bir qarışında suverenliyimiz təmin olunacaq, hər bir guşəmizdə üç rəngli bayrağımız dalğalandırılacaq.
Fərrux da, Xocalı da, Xankəndi də, Ağdərə də bizimdir, Azərbaycandır, Azərbaycanındır!
Və Müdafiə Nazirliyimizin son aydınlaşdırıcı açıqlamasında da qeyd olunduğu kimi, “Azərbaycanın Xocalı rayonunda “Furux” adlı kənd yoxdur. Qeyd edilən kəndin adı FƏRRUXDUR”.
Qələbən, Zəfərin, Şanın mübarək-Azərbaycanım!
Yaşa, yaşasın Müzəffər Ali Baş Komandan, eşq olsun, qolların, biləklərin bükülməsin Şanlı, Rəşadətli Azərbaycan Ordusu, Azərbaycan Əsgəri!
Jalə ƏLİYEVA,
Milli Məclisin (MM) Ailə, qadın və uşaq problemləri komitəsinin sədr müavini, filologiya elmləri doktoru, professor