“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi

“Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana dayanıqlı inkişaf və iqtisadi müstəqillik gətirdi.

Millətlərin və dövlətlərin taleyində elə hadisələr olur ki, uzun illər keçsə də öz əhəmiyyətini itirmir, nəsillərin yaddaşında yaşayır, dövlətin tarixinə qızıl hərflərlə yazılır. Bu baxımdan, biz 20 sentyabr 1994-cü il tarixində imzalanmış “Əsrin müqaviləsi” adlanan neft sazişini tam məsuliyyətlə və qürurla tarixi hadisə adlandıra bilərik. 90-cı illərin əvvəllərində müstəqilliyini yenicə elan etmiş Azərbaycan dövlətinin möhkəm iqtisadi təməllər üzərində dayanması, müstəqilliyini qoruyub saxlaması və inkişaf etdirməsi üçün siyasi tədbirlərlə yanaşı, zəruri iqtisadi addımların atılmasına da ciddi ehtiyac var idi. Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasında, möhkəmlənməsində müasir Azərbaycan dövlətinin qurucusu və banisi Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən biri də məhz bütün maneələrə və çətinliklərə baxmayaraq “Əsrin müqaviləsi” sazişini araya-ərsəyə gətirib həyata keçirməsi olmuşdur.

aparıcı dövlətlərinin və şirkətlərinin Azərbaycana olan marağını balanslaşdıraraq milli mənafeyə xidmət etməyə yönəltmək kimi tarixi missiyanı böyük dövlət xadimi olaraq ardıcıl şəkildə, yorulmaz əzmlə və siyasi ustalıqla həyata keçirə bildi. Əsrin müqaviləsi təkcə bir iqtisadi layihə deyil, həm də, Azərbaycanın siyasi və iqtisadi müstəqilliyinin qorunmasına, möhkəmlənməsinə, vətəndaşlarımızın sosial rifah halının yüksəlməsinə xidmət edən böyük siyasi və sosial əhəmiyyət kəsb edən bir tarixi hadisədir. Azərbaycanın “qara qızıl”ının dünya bazarına ixrac olunmasından ölkəmizə böyük həcmdə valyuta gəlirləri daxil olmağa başladı. Neft gəlirlərinin və aktivlərinin səmərəli idarə olunmasının, sosialiqtisadi inkişafa yönəldilməsinin, və gələcək nəslə saxlanılmasının təmin edilməsi məqsədi ilə o dövrdə ARDNŞ-nin Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin təşəbbüsü ilə yeni bir qurum – Azərbaycan Respublikasının Dövlət Neft Fondu yaradıldı. Əsas prinsipi şəffaflıq və səmərəlilik sayılan Dövlət Neft Fondunda toplanan vəsaitlərin bir qismi aktivlər şəklində gələcək nəsillərə saxlanılır, bir hissəsi isə ölkəmizin sosial-iqtisadi tərəqqisi üçün istifadə olunur. Əsrin müqaviləsinin imzalanmasından 29 il keçir. Bu illər ərzində Azərbaycan dövləti sosial-iqtisadi inkişaf tempinə görə bir çox dövlətlərin yüz illərlə keçə bilmədiyi tərəqqi yolunu keçmişdir. Azərbaycanın intibahı və tərəqqisində neft kontraktlarının rolu bu günümüzün və sabahımızın tarixi reallığıdır. Əsrin müqaviləsi bizim hərbi, siyasi, iqtisadi gücümüzə yeni güc qatdı, nəfəs verdi. Bakıdan Ceyhana, Supsaya, Novorossiyskiə, Qarsa, Ərzuruma uzanan kəmərlər, dəmir yolu həm də müasir Azərbaycanı mütərəqqi dünyaya bağlayır. Dünya bu kəmərlər vasitəsi ilə Azərbaycanın mərd, isti və etibarlı əlini sıxır.

Zərdab rayon Heydər  Əliyev Mərkəzinin direktoru Könül Rəhimova

 

 

Azərbaycan qazına ehtiyac artmaqdadır.

Azərbaycan qədim neft diyarı olaraq artıq dünyada özünü qaz hasilatçısı və ixracatçısı kimi də təsdiq edib. İxracın mənbəyi əsasən “Şahdəniz” olsa da, hazırda işlənən digər yataqların da yaxın illərdə istismara daxil ediləcəyi bu sahədə ölkəmizin qarşısında yeni perspektivlər açır. Azərbaycan qazının bu gününə və sabahına maraq böyükdür. Təsadüfi deyil ki, 2022- сi il aprelin 29-da ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda Prezident cənab İlham Əliyevə həmçinin bu mövzu ilə bağlı bir sıra suallar ünvanlandırılıb. Dövlət başçısı qaz məsələsinə dair mövqeyimizi ifadə edərək deyib: “Biz bütün öhdəliklərimizi yerinə yetirmişik. İstehlakçılarla imzalanan müqavilələr üzrə işlər yüz faiz yerinə yetirilir. Bu gün Azərbaycan qazı Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan və İtaliyaya ixrac olunur. Keçən il İtaliya Türkiyə ilə birlikdə Azərbaycan qazını ən böyük həcmdə alan ölkə olub. Ölkəmiz regional enerji və nəqliyyat layihələrinin müəllifi olaraq artıq Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli əməkdaşlıqda mühüm rol oynayıb. Bu da o öz növbəsində geniş Avropa əməkdaşlığı üçün təməl olub. Məsələn, əgər 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri istifadəyə verilməsəydi, bu gün Avropanın enerji təhlükəsizliyi qat-qat zəif olardı.

Zərdab rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Xanım İmanova

 

 

1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı.

Müasir dövrdə milli iqtisadiyyatımızın dördüncü sənaye inqilabı çağırışlarına cavab verməsi müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin Azərbaycana hələ ilk rəhbərlik etdiyi dövrdə iqtisadi və sosial inkişafında həll olunmamış bir sıra problemləri olan Sovet Azərbaycanı üçüncü sənaye inqilabını reallaşdırmağa nail oldu.

Heç kəsə sirr deyil ki, Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilənə qədər respublikada bütün sahələrdə, xüsusilə sosial-iqtisadi sahədə geriləmə özünü göstərirdi. Ölkə iqtisadiyyatında dərin və uzunmüddətli böhran yaşanır, Azərbaycan Sovetlər birliyinin geridəqalmış aqrar respublikasına çevrilmişdi. Həmin məqamda mövcud vəziyyəti düzgün dəyərləndirən Ulu Öndər Heydər Əliyev respublikanın gücünü, əhalinin rifah halının yaxşılaşdırılmasını, bütövlükdə siyasi müstəqilliyin təməlini məhz dayanıqlı iqtisadi inkişafın təmin olunmasında görürdü.

Daha sonra 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin qədirbilən Azərbaycan xalqının təkidi ilə siyasi hakimiyyətə qayıdışından sonra ölkəmiz bütün sahələrdə olduğu kimi, iqtisadi sahədə də mühüm nailiyyətlər əldə etdi.

Belə ki, 1994-cü il 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin imzalanması müstəqil Azərbaycanın iqtisadiyyatının əsasını və gələcək davamlı inkişafını təmin etdi.

Ümummilli Liderin andiçmə mərasimində söylədiyi “Bu gün mənim üçün tarixi, əlamətdar bir gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm.” sözləri öz təsdiqini əməli işdə tapdı.

Yalnız Heydər Əliyevin Hakimiyyətə qayıdışından sonra Azərbaycan özünün geosiyasi imkanlarını gerçəkləşdirməyə başlamışdır. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çox böyük cəsarətlə çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən edərək onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Onun fəaliyyətində iqtisadi islahatlar, bazar iqtisadiyyatının qurulması, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi, dünya iqtisadiyyatına inteqrasiya prioritet olmuşdur.

Azərbaycanın neft yataqlarını ən böyük milli sərvətimiz adlandıran Heydər Əliyev hər zaman bu sərvətin gələcək nəsillər üçün də əhəmiyyətini vurğulayıb. 1994-cü ildə Ulu Öndərin rəhbərliyi ilə imzalanmış Əsrin Müqaviləsini mükəmməl icra etmiş Azərbaycan bütün tərəfdaş dövlətlərin, habelə iştirakçı beynəlxalq konsorsiumların etibarını qazandı. Bu gün əsası qoyulmuş həmin enerji siyasəti Prezident cənab İlham Əliyev tərəfindən dövlət maraqlarının təmin olunması üçün hər bir sahədə məharətlə istifadə olunur.

Azərbaycan artıq yaşıl iqtisadiyyatın təşviqi və yaşıl enerjinin istehsalı sahəsində də vacib layihələrin həyata keçirilməsinə başlayıb. Bu baxımdan ölkədə neft və qazdan əlavə istehsal olunan alternativ enerjinin xarici ölkələrə nəql olunması istiqamətində dünya dövlətləri mövcud əlaqələrin daha da dərinləşməsinə böyük maraq nümayiş etdirirlər.

Beləliklə, bu gün Azərbaycanın hər bir platformada əldə etdiyi iqtisadi uğurlarının əsasında Ulu Öndər Heydər Əliyevin düzgün gələcəyə hədəflənmiş müəyyən etdiyi siyasət dayanır. Prezident cənab İlham Əliyevin vurğuladığı kimi, “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim”. Bu, nəinki döyüş meydanında əldə etdiyimiz Zəfərin, eyni zamanda dövlətin və dövlətçiliyin inkişafı, qorunmasına yönəlik bütün sahələri əhatə edən strategiyaların son 20 il ərzində uğurla davam etdirildiyinin göstəricisidir.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin direktoru Vəfa Bayramova

 

 

Azərbaycan nəhəng enerji infrastrukturu yaradıb və Avrasiyanın enerji xəritəsini dəyişdirib

Dünyada cərəyan edən proseslər, xüsusilə də dəyişən geosiyasi reallıqlar qarşıya yeni çağırışlar çıxardıb. Bu çağırışlardan biri enerji təhlükəsizliyi ilə bağlıdır. Hazırda enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ən mühüm elementinə çevrilib, desək, əsl həqiqəti ifadə etmiş olarıq. Bir ildən çoxdur ki, davam edən Rusiya-Ukrayna müharibəsi səbəbindən ənənəvi təchizat zəncirinin qırılması bütövlükdə Avropa İttifaqı (Aİ) ölkələrini bu coğrafiyanın enerji xəritəsini yeniləmək zərurəti ilə üz-üzə qoyub.

Belə bir şəraitdə Azərbaycanın artan rolu qabarıq şəkildə nəzərə çarpır. Deyə bilərik ki, ölkəmiz qoca qitənin ümid yerinə çevrilib. Bunu ölkəmizlə enerji dialoqunun intensivləşməsi bir daha təsdiqləyir. Respublikamızda 1994-cü ildən başlayaraq keçirilən “Caspian Oil&Gas” Sərgisi neft, qaz və enerji sektorunda əhəmiyyətli əməkdaşlıq üçün mühüm platformaya çevrilib. Mayın 31-də Bakıda işinə başlayan Enerji Həftəsi çərçivəsində  təşkil olunan növbəti “Caspian Oil&Gas” Sərgisinin açılış mərasimində Prezident cənab İlham Əliyevin iştirakı isə sərginin yüksək statusunu bir daha təsdiqləyir. Həmçinin tədbirin bir çox ölkələrdən olan şirkətləri, yüksək səviyyəli qonaqları, dövlət xadimlərini və beynəlxalq enerji ekspertlərini Bakıya toplaması təsadüfi deyil. Azərbaycan paytaxtı artıq bir müddətdir ki, nüfuzlu beynəlxalq tədbirlərin təşkil edildiyi, mühüm qərarların və əməkdaşlıq məsələlərinin müzakirə edildiyi məkana çevrilib. Bu gün Azərbaycan yalnız özünün deyil, digər ölkələrin də enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Xatırladaq ki, Azərbaycanda beynəlxalq sərgilərin keçirilməsi təşəbbüsü zamanında Ümummilli Lider Heydər Əliyev tərəfindən irəli sürülüb. Ulu Öndər 1994-cü ildən təşkil edilən sərgilərə daim dəstək verib. Bu il xalqımız müasir Azərbaycanın qurucusu Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyini qeyd edir. Bu əlamətdar hadisə Bakı Enerji Həftəsinin proqramında da öz əksini tapıb.

Dövlətimizin başçısının bildirdiyi kimi, respublikamızın Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu enerji siyasəti çətin dönəmlərdən keçib. 1994-cü ildə Birinci Qarabağ müharibəsi başa çatdı, atəşkəs imzalandı və ondan bir neçə ay sonra “Əsrin müqaviləsi” imzalandı. Yəni, o zaman Azərbaycan olduqca riskli bir məkan sayılırdı, müstəqilliyimizin cəmi 3 yaşı var idi. O dövrdə dünyada Azərbaycan barəsində təsəvvürlər zəif idi. Ölkəmiz kemiş sovet sistemindən bazar iqtisadiyyatına keçid dövrünü yaşayırdı. Bununla yanaşı, ərazilərimizin işğalı, bir milyondan artıq qaçqın-köçkün, vətəndaş qarşıdurması – bütün bunlar, əlbəttə ki, sərmayəçiləri bir növ qorxudurdu. Belə mürəkkəb şəraitdə investorların cəlb olunması böyük səylər tələb edirdi. Digər ciddi bir problem infrastrukturla bağlı idi. Bizim neft kəmərlərimiz yox idi, hətta ölkədə mülki infrastruktur da geridə qalmışdı. Bu kimi reallıqlar fonunda Heydər Əliyevin böyük səyləri sayəsində investorların Azərbaycana cəlb olunması, 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması yeganə düzgün addım idi. “Əsrin müqaviləsi”nin imzalanması ilə enerji siyasətinin əsasının qoyulması və sonrakı mərhələlərdə uğurla davam etdirilməsi Azərbaycana dayanıqlı inkişaf, iqtisadi müstəqillik və bunun nəticəsində də siyasi müstəqillik gətirdi.

Avropa üçün yeni və etibarlı mavi yanacaq mənbəyi qismində çıxış edən Azərbaycanın qısa müddətdə nəql coğrafiyasını genişləndirməsi böyük uğurdur. Buna nail olmaq üçün vacib tədbirlərdən biri Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı idi. İnterkonnektorun açılış mərasimi dövlətimizin başçısının iştirakı ilə baş tutdu. Bunun nəticəsində artıq Azərbaycan Bolqarıstana da qaz nəql edəcək. Hazırda Bolqarıstan vasitəsilə digər ölkələrə də qazın nəqli imkanları nəzərdən keçirilir. Rumıniya artıq yeni əməkdaşlıq formatının üzvüdür. Hər şey plana uyğun getsə və bütün interkonnektorlar bu ilin sonuna qədər inşa edilsə, Azərbaycan qazı Macarıstana və Serbiyaya da nəql ediləcək. Bununla da ölkəmizin qaz ixracımızın coğrafiyası daha da genişlənəcək.

Zərdab rayon Tarix-Diyarşünaslıq muzeyinin direktoru Şahnaz Mustafayeva

 

Enerji təhlükəsizliyi.

Azərbaycanın enerji siyasətinin bir neçə istiqaməti mövcuddur ki, bunlardan daha vacib olan ikisini xüsusi qeyd etmək mümkündür. Birincisi, Azərbaycanın öz daxili enerji təhlükəsizliyinin təmini, ikincisi isə digər dövlətlərin enerji təhlükəsizliyinin təmin edilməsinə verə biləcəyi töhfə ilə bağlı idi. Bu baxımdan həm Azərbaycanın enerji ehtiyatlarının hasilatı, həm də bu ehtiyatların beynəlxalq bazarlara çıxarılması yolları ilə bağlı yeni imkanların yaradılması böyük əhəmiyyət daşıyır.

Azərbaycan hökumətinin həyata keçirdiyi siyasət nəticəsində bu gün qlobal enerji təhlükəsizliyinin təmin olunmasında böyük layihələrə imza atılıb. Hasilatı və Avropa bazarlarına çatdırılması məqsədi ilə reallaşdırılmış iri layihələr Avropanın neft və qazla təminatında  Azərbaycanın önəmli yer tutmasına şərait yaratmışdır. Xəzər hövzəsi regionunun dünya üçün mühüm karbohidrogen mənbəyi olması Avropanın diqqətindən yayınmır. Qərb analitikləri qeyd edirlər ki, Xəzər hövzəsində böyük neft şirkətlərilə ən yüksək əməkdaşlıq əlaqələri yaradan ölkə Azərbaycandır və Qərbin enerji daşıyıcılarının istismar edilməsində Azərbaycanla əməkdaşlıq etməsi yüksək qiymətləndirilir.

Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri yubanmalara baxmayaraq iki ildən artıqdır ki, fəaliyyətdədir. Azərbaycan dünya bazarının böyük qaz ixracatçısına çevrilib. Vurğulanmalıdır ki, Cənub Qaz Dəhlizinin uğurla başa çatdırılması Azərbaycan üçün əhəmiyyətli və tarixi hadisədir.

Gəncliyə Dəstək İctimai Birliyin sədri Vəfa Xəlilli

 

 

Azərbaycan qazına ehtiyac artmaqdadır.

“Həmrəylik Halqası” adlandırılan digər bir layihəyə Azərbaycan, Bolqarıstan, Macarıstan, Rumıniya və Slovakiya daxildir. Bu da elə bir layihədir ki, orada əlavə interkonnektorlar inşa ediləcək. Bunu Azərbaycan Prezidenti cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 11-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgilərinin açılış mərasimindəki çıxışında bildirib. Cənubi Qafqazın ən zəngin karbohidrogen ehtiyatlarına və enerji sisteminə malik ölkəsi Azərbaycandır. Bu səbəbdən ölkəmiz təkcə milli və regional səviyyədə deyil, ümumilikdə dünya enerji sistemində, transmilli enerji bazarında özünəməxsus yer tutmaqla yanaşı, həm də kənardan heç bir enerji asılılığı olmayan, bütün sahələr üzrə öz tələbatını daxili imkanları hesabına tam ödəməyə qadir ölkələrdəndir.

Əsası 1994-cü ildə Heydər Əliyevin müəllifi olduğu “Əsrin müqaviləsi” ilə qoyulan neft strategiyası müstəqil Azərbaycanın müasir, güclü, davamlı iqtisadi inkişafının təməli qoyuldu. Ölkəmiz bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və etibarlı tərəfdaşı kimi karbohidrogen yataqlarının işlənilməsi və dünyaya ixracı istiqamətində misilsiz işlərə imza atdı. “Əsrin müqaviləsi” ilə başlanan bu gün çox uğurla davam etdirilən energetika siyasəti yeni əsrin reallıqlarına uyğun daha da inkişaf etməkdədir. Dünyanın aparıcı dövlətləri ilə yeni müqavilələrin imzalanması, yeni layihələrinişlənilməsi Azərbaycanın nəinki regionda, həm də bütün dünyada enerji ixracatçısı olan etibarlı tərəfdaş kimi nüfuzunun göstəricisidir. Azərbaycan beynəlxalq bazarlara, o cümlədən Avropa bazarlarına ixracı artıra bilib. Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur. Yeni bazarlarda Azərbaycan qazına ehtiyac var.

Zərdab rayon Həsən bəy Zərdabi muzeyinin əməkdaşı Günay Şirinova

1095