Deputatla icra başçısı Goranboyda şəhid bulağının açılışında - Fotolar

Goranboy rayonunda Vətən müharibəsi şəhidi Elməddin Sərdar oğlu Həsrətovun anım mərasimi və xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş “Şəhid Elməddin bulağı” Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

Saat24.Az xəbər verir ki, Xatirə Kompleksinin açılış mərasimindən öncə Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Milli Məclisin deputatı Anar Məmmədov, həmçinin hüquq-mühafizə orqanlarının rəhbərləri, rayonun digər rəhbər şəxsləri, rayon ağsaqqalları və ziyalıları, şəhid ailələri və qazilər şəhidin məzarını ziyarət edib, ruhuna dualar oxuyub, əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra Qarasuçu kəndində şəhid Elməddin Sərdar oğlu Həsrətovun xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə inşa edilmiş “Şəhid Elməddin bulağı” Xatirə Kompleksinin açılış mərasimi keçirilib.

Sonda şəhid ailəsinin üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

786