Ağdaş rayon Heydər Əliyev Mərkəzində 2 İyul Polis gününə həsr olunmuş tədbir təşkil olunub-Foto

Ağdaş rayon Heydər Əliyev Mərkəzində “Tədbirlər Planı”na uyğun olaraq 2 İyul Polis gününə həsr olunmuş tədbir təşkil olunub. İlk öncə tədbir iştirakçıları ekspozisiya zalı ilə tanış olublar və mərkəzin əməkdaşı Məsmə Hüseynova Ulu Öndər Heydər Əliyevin həyatı və fəaliyyəti haqqında geniş məlumat verib. Sonra kiçik akt zalında davam edən tədbirdə Mərkəzin əməkdaşı Zümrüd Mərdanova hər kəsi salamlayıb və tədbiri açıq elan edib. Mərkəzin elmi işçisi Quliyeva Xatirə məruzə ilə çıxış edərək bugünün tarixindən və Ümummilli lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olduğunu vurğulayıb. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara da uyğunlaşır. Daha sonra tədbir iştirakçıları və gənclər tərəfindən videoçarx izlənilib. İlk olaraq videoçarxda Ümummili lider Heydər Əliyevin polislər haqqında "Dağlıq Qarabağa iddi başlayanda ön cərgədə polis idi. 1000 nə yaxın polis işçisi torpaqların müdafiəsi uğrunda Qarabağda şəhid oldular" sözləri səsləndirilib. Daha sonra Azərbaycan polisinin yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etməsini, asayişin və təhlükəsizliyin mühafizəsi sabitliyin və əmin amanlığın qorunması cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirməsini əks etdirən videoçarx izlənilib. Sonda "Sizcə Əsl Azərbaycan polisi necə olmalıdır?”, “Polisin həyatımızda nə kimi rolu var?" və s. suallar ətrafında gənclərlə diskussiya təşkil olunub.

1397