ABŞ və Avropa İttifaqının Qafqazda anti-sülh planları

 

Avropa İttifaqının müşahidə missiyasının Ermənistan – Azərbaycan sərhədlərinə iki aylıq gödərdiyi sonradan iki illik edilən missiyanın tərkibində və mandatında dəyişikliyin edilməsi və bundan sonra 5 aprel 2024 – cü il tarixində nəzərdə tutulan növbəti görüş məkirli planların davamıdır. ABŞ, Ermənistan və Avropa İttifaqı arasında imzalanacaq bu sənəd faktiki olaraq hərbi paktdır. Qərb tərəfindən sülh və demokratiya səhnəsinin arxasında, regionu müharibəyə sürüklənmə planının olduğu Ukraniya senarisi ilə hər kəsə yaxşı tanışdır.

Bütün bunlar, qərbin hələ də Azərbaycanın öz süverenliyini və ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilmədiyini açıq şəkildə göstərir. 30 il ərzində Azərbaycanın ərazi bütövlüyünün pozulmasına münasibəti sözdə qətnamə və çıxışlarla sərhədləyən qərb, Vətən Müharibəsindən sonra Xankəndidə yaşayan ermənilər vasitəsi ilə senari qurmağa çalışdılar. Ali Baş komandanın iradəsi ilə rəşadətli Azərbaycan ordusu tərəfindən antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyünün tamamilə bərpa edilməsi və qondarma rejimin terrorist rəhbərlərinin Azərbaycan ədalətinə təslim edilməsi qərbin senarisini ikinci dəfə pozmuş oldu. Planlarının alt – üst olduğunu görən ABŞ və Avropa İttifaqı indi yazdıqları senariyə özlərini də daxil edirlər və açıq şəkildə Azərbaycan süverenliyinə və regionda sülhün bərpasına düşmən mövqe ortaya qoyurlar. Bu pakt həmçinin  regionda sabitliyə və sülhə qarşı xain addımdır. Ancaq unutduqları iki amil var ki, birincisi Azərbaycanın qərbin ikiüzlü siyasətinə bələd 30 illik təcrübəsi və onların məkirli planlarını pozan Azərbaycan Liderinin Siyasi iradəsi və ona güvənən qalib xalq.

Aydındır ki, Qərbin nəzərdə tutduğu “dəstəyinə” Ermənistanda olan revanşist qüvvələrin növbəti dəfə şirnikləşməsi onunların alət kimi istifadə edilməyə öyrəncəli olduğunu göstərir, Bəs ABŞ və Avropa ittifaqının region üçün təhlükə və anti-sülh vədi verən bu planına İran nə üçün səssiz qalır? Regiona kənar müdaxilələri “qırmızı xətt” adlandıran İran həmsərhəd olduğu Ermənistanda Qərbin hərbi baza yaratmasına nə üçün etiraz etmir? 

Ermənistan son 4 illik təcrübədən sonra anlamalıdır ki, Azərbaycan süverenliyinə və  sabitliyinə qarşı istənilən hərəkəti onun üçün baha başa gələcəkdir. Bu dəfə isə məsuliyyəti onu əlində alət kimi tutan ABŞ və Avropa ittifaqı da daşıyacaqdır.

Kazım Məmmədov
Gələcək İntellektual İnkişafa Yardım İctimai Birliyinin sədri

2674