Ölkə başçısı İlham Əliyevin 31 dekabr tarixində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına müraciəti növbəti dəfə Prezidentin xalq qarşısında gələcəkdə görüləcək işlərin xoş anonsunu verən çıxışı kimi yaddaşlara həkk olundu”.
Bu sözləri Editor.az-a ölkə başçısının 31 dekabr tarixində xalqa müraciəti ilə bağlı danışarkən millət vəkili Jalə Əliyeva deyib.
Deputat bildirib ki, ölkə başçısı xalqını təbrik etməklə yanaşı, görülən işlərə qiymət verərək 2023-cü ilin böyük nailiyyətlərindən söz açdı: “2024-cü ildə Azərbaycanda həyata keçiriləcək böyük layihələr barədə də cənab Prezident tərəfindən məlumat verildi. Təbii ki, görüləcək işlər içərisində ən əhəmiyyətli yerdə Böyük Qayıdış proqramı və bu xüsusda 30 ildir, öz torpaqlarından ayrı qalan vətəndaşlarımızın köç prosesi dayandı. Bu il hətta Xocalı, Xankəndində belə insanlarımızın öz ata-baba yurdlarında yaşaya biləcəyi vurğulandı. Bu, həm də Prezident İlham Əliyevin növbəti dəfə dünyaya verdiyi mesaj idi.
Həmçinin ölkə başçısı 2024-cü ilin əhəmiyyətli layihələrindən söz açarkən Azərbaycanın bir çox sahəsi üzrə görüləcək işlər haqqında da məlumat verdi. Azərbaycan istər iqtisadi, istər diplomatiya sahəsində bu günə qədər böyük uğurlar əldə edib və bundan sonra da həmin uğurların davamı olaraq Azərbaycan tarixinə daxil olacaq”.
//Səbinə Hüseynli, Editor.az