Denisenko: “Putin daha iki həftə danışıqlara getməyə hazırlaşmır”

“Rusiya və Ukrayna arasında real danışıqlara hələ çox qalıb”.

Bu barədə Ukrayna daxili işlər nazirinin müşaviri Vadim Denisenko danışıb.

“Putin yaxın iki həftə ərzində danışıqlara getməyə hazırlaşmır”, - deyə o bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin növbəti çıxışında yenidən “sülhə tərəfdar” olduğunu bəyan edəcək, ancaq yenə də “faşistlər” haqqında hekayəsini təkrarlayacaq.

“Təəssüf ki, indi biz hansısa qəti mövqelər üzrə danışıqlardan deyil, “danışıqlar haqqında danışıqlardan” bəhs edirik”, - deyə o bildirib.

Mənbə: Unian.net

1823