Bayden: “Rusiya hərbçilərinin Ukraynada etdikləri qeyri-insanidir”

ABŞ prezidenti Co Bayden Rusiya qoşunlarının Ukrayna ərazisindəki fəaliyyətini qeyri-insani hesab etdiyini bildirib.

O, bunu İrlandiyanın baş naziri Mixol Martinlə virtual görüşü zamanı deyib.

Dövlət başçısı Qərbi bu məsələdə birlik nümayiş etdirməyə çağırıb.

Qeyd edək ki, dünən ABŞ prezidenti rusiyalı həmkarını hərbi cinayətkar adlandırıb.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Baydenin ritorikasını qəbuledilməz və bağışlanmaz adlandırıb.

Mənbə: TRT

377