Səttar Möhbalıyev də yoxa çıxdı?
Saat24.Az xəbər verir ki,bu sözləri Zərdab rayon H.Aslanov adına 3 saylı orta məktəbin müəllimi Muxtar Əlizadə müəllif yazısında qeyd edib.
Sözügedən yazını təqdim edirik:
ATİAHİ-nin rəsmi saytına 20 gün öncə məktub göndərib Göndəriş istəmişəm. Gördüm cavab verən yoxdur, bir də göndərdim. Nə xeyri var? Məcbur qalıb Facebook səhifəsinə yazdım. Yazışmamızın qısa mətni:
- Sayta göndərdiyim məktublara niyə cavab verilmir? Təxminən 10 gün öncə yazmışam (ayın 7-də olub bu "deyişmə")
-Qanunla cavablar 1 ay muddətində verilir.
-O araşdırma gərəkən məsələlərlə bağlıdır. Mən putyovka istəmişəm, bir kəlmə verirsən ya yox, cavab istəyirəm.
-Çalışdığın müəssisənin həmkarlar ittifaqina deməlisən.
- Xaricdəyəm. Poçtla məktub göndərə bilmirəm, özüm də gedə bilmirəm. Çalışdığım idarənin həmkarlar ittifaqının da saytı yoxdur. Sizin saytda da rayon təşkilatlarına giriş yoxdur. Nə zülmdür, mənim müraciətimi oraya əlaqələndirmək? Sənin işçilərin deyil?
-Mümkünsə müraciətinizin dəqiq tarixi və işlədiyiniz muəssisə barədə məlumat verin ki, daha tez cavablandirilmasina yardimçı ola bilək.
Üstündən 9 gün də keçib. Email vermişəm, bir kəlmə yazan yoxdur ki, sənin dərdin nə idi? A kişi, göndəriş yoxdur? Lap yaxşı, guya hər il hamıya göndəriş çatır? Bir kəlmə "hə" və ya "yox" yazmaq nə böyük işdir? Deputatlar məzuniyyətə çıxdı, Səttar Möhbalıyev də yoxa çıxdı. İndi adam tap ki, cavab alasan. İnsan pensiya yaşında məzuniyyətə çıxar? Əmələ gətirə bilmirsən da, zorla deyil ki. Çıx cavanlar işləsin. Nə sənin sosial şəbəkələrdə profilin var, nə sənə tabe olan hansısa rayonun qurum rəhbərlərinin. Sosial şəbəkələrdə profilin olsaydı, sənin cavab verməyən saytından sənə şikayət edərdik. İndi dərdimizi hara deyək? Xətrinə dəyməsin, ağsaqqal. Çıx, yerinə email yaza bilən gəlsin.