Zərdabda Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği layihəsi çərçivəsində tədbir keçirilib-Foto

“Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gənclər arasında peşə təhsili və peşə seçiminin təbliği” adlı layihəsi çərçivəsində nəzərdə tutulmuş maarifləndirmə tədbirlərinin birincisini həyata keçirib. Bu tədbir 60-dan çox məktəbli, müəllim və valideynin iştirakı ilə Qoruqbağı kənd Mədəniyyət evində keçirilib. Tədbiri açıq elan edən təşkilatın sədr müavini Eldar Xəlilov gənclərin peşə seçimində düzgün qərar verməsinin ölkənin sosial-iqtisadi inkişafına təkan verən aparıcı missiya olduğunu bildirib. Təşkilatın sədri Vəfa Xəlilli çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi, Təşkilat və layihə haqqında, eyni zamanda layihənin növbəti mərhələləri haqqında məlumat verib. Tədbirdə Zərdab RİH nümayəndəsi Tural Nağıyev çıxış edərək layihənin önəmindən, cəmiyyətdə vacib problemin həllinə yönəldiyindən bəhs edib. BMT-nin Beynəlxalq Əmək Təşkilatının təlimçisi Bağı Xəlilov tədbir iştirakçılarına beynəlxalq səviyyədə peşə təhsilinə verilən önəmdən danışıb. Tədbir iştirakçılarına materiallar (papka, dəftər, qələm, buklet, təqvim) paylanılıb. Qeyd edək ki, layihə 4 ay olmaqla Zərdab və Ucar rayonlarında həyata keçiriləcək. Layihənin məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

616