Zərdabda avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçrilib-Foto

Saat24.Az xəbər verir ki,reyd zamanı 20 yaxın sürücü cərimələnib.Rayon Polis Şöbəsinin DYPB-nin əməkdaşları yollarda hərəkətin  nizamlanması istiqamətində yol hərəkəti qaydalarını  pozan avtonəqliyyat vasitələrinin sürücülərinə qarşı reyd keçirib.Reyd zamanı yol polisinin saxla əmrinə  məhəl qoymayan  eyni zamanda yaşayış  məntəqlərinə yaxın olan ərazidə yüksək sürətlə hərəkət edən sürücülərdə qanundan yayına bilməyib.Bəzi sürücülər yol hərəkəti qaydalarını pozsalarda özlərini haqlı çıxarmağa çalışıblar.Reyd zamanı 40 yaxın avtonəqliyyat vasitələri saxlanılıb.Onlardan 20 sürücü barəsində inzibati xətalar məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq  pratakollar tətbiq olunub.Bundan başqa təhlükəziklik kəmərindən istifadə etməyən avtomobilə əlavə konstruksiya  edən ötmə əməliyyatın düzgün yerinə yetirməyən sürücülük vəsiqəsi olmadan avtomobili idarə edən sürücülərdə yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq barələrində müxtəlif inzibatı cəza tədbirləri görüldü.Bundan başqa rayon ərazisində piyada keçidlərindən istifadə edən hərəkət iştirakçları marifləndirildi və onalra piyada keçidindən düzgün istifadə etmələri tövsiyə olundu.Qeyd edək ki, bu kimi tədbirlərin Zərdab RPŞ-nin DYPB əməkdaşları tərəfindən  mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

2077