Zərdab rayon İcra Hakimiyyəti də Türkiyəyə yardım aksiyasına qoşuldu

Zərdab rayon İcra Hakimiyyəti də Türkiyədə zəzələdən zərər çəkənlərə yardımlar göndərib.

"Saat24.az"  bildirir ki,  Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə dərhal qardaş respublikaya xilasedicilər, müxtəlif zəruri əşyalar və ləvazimatlar yardım üçün göndərilmiş və bu gün də göndərilməsi davam etdirilir.
Bu məqsədlə Zərdab Rayon İcra Hakimiyyəti də türkiyəli soydaşlarımız üçün edilən yardım kampaniyasına qoşulmuşdur. Göndərilən ləvazimatlar əsasən, çadır, generator, qızdırıcı,  çarpayı, döşək, yorğan, adyal, yastıq, qalın geyim dəstləri və üst geyimləri və digər zəruri geyim əşyalarından ibarətdir. Rayon icra hakimiyyəti tərəfindən göndərilən humanitar yardım 11 fevral tarixində Türkiyə Respublikasının Gəncə şəhərindəki baş konsulluğuna təhvil verilmişdir.

1498