Su, sanitariya və gigiyena maarifləndirilməsi üzrə təlimlər keçirilib-Foto

 


Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyi ilə "Su, sanitariya və gigiyena mühitini yaxşılaşdırmaqla yerli inkişafın dəstəklənməsi" təşəbbüsünün icrası davam edir.

Hədəf məktəb olaraq seçilmiş Göyçay rayon Yeniarx kənd tam orta məktəbinin müəllim, texniki işçi və valideyn kollektivinə "Su, sanitariya və gigiyena maarifləndirməsinin əhəmiyyəti" mövzusunda təlimlər keçirilib. 12 dəfə olmaqla keçirilən təlimlərdə ümumilikdə 150-dən çox iştirakçı qeydə alınıb. Təlimlərdə mövcud təşəbbüs və görüləcək işlər haqqında danışılıb. Su, sanitariya və gigiyenanın həyatımızdakı rolu, gənc nəslin sağlamlığının qorunması, genderə həssas yanaşmanın inteqrasiyası, əlaqədar xəstəliklərdən müdafiə tədbirləri, gigiyena qaydalarının təbliğatı barədə məlumat verilib. Sağlam təhsilə çıxış imkanlarının artırılması mövzusu ətrafında müzakirə keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

"Yerli İdarəetməyə Yardım" İctimai Birliyinə məxsus təşəbbüs Avropa İttifaqının maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsi çərçivəsində "Microfinance Consulting" MMC tərəfindən icra edilir.

1759