SOCAR “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir-VİDEO

Artıq bir müddətdir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin rəhbər heyətinin təşəbbüsü ilə yeni bir aksiyaya start verilib.

Qanunla.Az xəbər verir ki, aksiya çərçivəsində Birliyin müvafiq struktur bölmələrinin rəhbər şəxsləri qəza xidmətinin əməkdaşlarına dəstək məqsədi ilə abonentlər tərəfindən daxil olan müraciətlərdən birinin nəticələrini özləri aradan qaldırır. “Başdan ayağa” aksiyası bu dəfə işini Sumqayıt şəhərində davam etdirib. Sumqayıt qaz istismarı Sahəsinin rəisi Vəli Sadıqov, ümumi məsələlər üzrə müavini Fərhad Vəzirov və baş mühəndisi Xanlar Əliyev vətəndaş müraciətinin nəticələrinin aradan qaldırılması məqsədilə əraziyə yollanıb. Məsul şəxslərdən ibarət komanda qısa müddət ərzində fərdi yaşayış evinə quraşdırılan sonradan ödənişli qaz sayğacının əvəzlənməsi işini icra edib və yaranan problem aradan qaldırılıb.

Ətraflı video-materialdan izləyə bilərsiniz:

 

 

1539