Sağlam Qida Könüllülərinin 2-ci Maarifçilik Məktəbi keçirildi-Foto

Sağlam Qida Könüllülərinin 2-ci Maarifçilik Məktəbi keçirildi 
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi, Gənclərin Töhfəsi İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Türkiyə Qida Təhlükəsizliyi İB-nin tərəfdaşlığı ilə “Qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsinə dair tədbirlərin təşkili” adlı layihə həyata keçirildi. Layihə rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova bildirib ki, layihənin məqsədi qeyri-formal təhsillə gənclərdə və gənclər vasitəsilə yeniyetmələrdə dayanıqlı inkişaf məqsədlərinin 2-ci və 3-cü məqsədləri istiqamətində sağlam və düzgün qidalanma vərdişlərini yaratmaq, qida təhlükəsizliyi şüurunu formalaşdırmaq və onların alış-veriş edərkən, yemək yeyərkən və s. qida təhlükəsizliyini əlaqələndirən hər mərhələdə bir sağlam qida könüllüsü kimi vəzifə almalarını təmin və könüllülərdən ibarət mobil qrup vasitəsilə yeniyetmələr arasında maarifləndirmə işini təşkil etməkdən ibarətdir.

 

Birliyin sədri Asim Vəliyevin verdiyi məlumata görə layihə çərçivəsində təhsil alan könüllü 16-25 yaş arası gənclər arasından 25 gənc seçilərək maarifləndirildi və “sağlam qida” könüllüsü yetişdirildi. Hazırlanmış könüllü təlimçilər həmçinin məktəblilər arasında maarifləndirmə işinin aparılmasına cəlb olunacaq.
İlk olaraq seçilmiş fəal gənc könüllülər peşəkar mütəxəssislər tərəfində 2 gün ərzində məlumatlandırıldı.

1469