Saat24.Az xəbər verir ki,“Bu ilin yanvar-aprel ayları ərzində “,Azəriqaz İstehsalat Birliyi 3 milyard 817 milyon kubmetr təbii qaz qəbul edib”. Bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən Açıq qapı aksiyası zamanı bildirib. Onun sözlərinə görə, bu ilin 4 ayı ərzində qəbul edilən təbii qazın həcmi 891 milyon sənaye xətləri, 2 milyard 926 milyon kubmetr əhali xətləri üzrə olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə qaz qəbulunda 321 milyon kubmetr artım deməkdir. Baş direktor bu ilin aprel ayında isə “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 540 milyon kubmetr təbii qaz qəbul olunduğunu qeyd edib. Görüş zamanı Birlik rəhbəri 2022-ci ilin yanvar-aprel aylarının yekunlarına dair hesabatı Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin diqqətinə çatdırıb. Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İB-nin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olduğu diqqətə çatdırılıb. Birlik rəhbərinin sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır. Həmçinin Ruslan Əliyev bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İB üzrə işçilərə 1435 intizam tənbehi verildiyini bildirib. “Bunlardan 323-ü mühəndis-texniki işçilərə, 1112-si isə fəhlə heyətinə verilib. İntizam tənbehlərindən 839-u töhmət, 457-si sonuncu xəbərdarlıqla şiddətli töhmət, 131-i aylıq əməkhaqqının dörddə biri məbləğində tutulma, 8-i isə Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə işdən azadetmə olub” – deyə, baş direktor vurğulayıb. Bundan əlavə, Birlik rəhbəri qazlaşma və təmir işləri ilə bağlı məlumatı da təqdim edib. Yanvar ayından indiyədək 32 kənddə qazpaylayıcı xətlərin çəkilişi işlərinin davam etdirildiyi qeyd edilib. Yanvar-aprel ayları ərzində 201 km yeni qaz xətti çəkildiyə də diqqətə çatdırılıb. Həmçinin Ruslan Əliyev görüş zamanı media nümayəndələrinin suallarına da aydınlıq gətirib. Keçirilən aksiya canlı yayımlandığından sosial şəbəkə üzərindən daxil olan suallar da Birlik rəhbəri tərəfindən cavablandırılıb.