Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək şəhidin ailə üzvləri ilə görüşüb-FOTO

Ruslan Əliyev Mübariz İbrahimovun ev muzeyini ziyarət edərək şəhidin ailə üzvləri ilə görüşüb.

Xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi ölkəmizdə Anım Günü kimi qeyd olunur. Şəhidliyin, qəhrəmanlığın məkanı, zamanı olmur. Heç kimə bənzəmədən ömrünü ömürlərə – Vətənə bağışlayan oğullardı şəhidlər. Şərait qəhrəmanlar yaradır, qəhrəmanlar isə tarix. Vətən sevgisiylə bizlərin qüruru, fəxri, ölməzliyi, örnəyi olan Mübariz İbrahimov kimi.

Qanunla.Az xəbər verir ki, SOCAR “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Biləsuvar rayonuna səfəri çərçivəsində Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ev muzeyini ziyarət edib, büstü qarşısına gül dəstələri qoyub. Muzeydə yaradılan şəraitlə tanış olan Birlik rəhbəri şəhidin atası ilə görüşüb. “Mübariz üçün Vətən hər şeydən üstün, qiymətli və hər şeydən uca idi. Onun Vətənə olan sevgisi, qəhrəmanlıq salnaməsi bütün gənclərə örnək olmalıdır. Bu cür milli ruhda övlad tərbiyyə etdiyiniz, böyütdüyünüz üçün sizə təşəkkür edirəm.”, – deyə baş direktor bildirib. Daha sonra Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Ruslan Əliyev Milli Qəhrəmanın ev muzeyində istifadə üçün televizor hədiyyə edərək şəhidin vaxtı ilə yaşadığı fərdi yaşayış evində olub. Görüş zamanı Mübariz İbrahimovun valideynlərinin qayğıları ilə maraqlanan baş direktor, şəhid ailələrinin xidmətində durmağın hər bir kəsin mənəvi borcu olduğunu qeyd edib.

      

1617