Saat24.Az xəbər verir ki,İyunun 7-də Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov Yevlax rayonunun Xaldan kəndində hazırda əsaslı təmir işləri aparılan yeni məktəb binası ilə tanış olub.
Bununla bağlı olaraq məktəb binasında tikinti-quraşdırma və konstruksiya işlərinin başa çatdırılması ilə bağlı idarə müdirinə müvafiq məlumatlar verilib.
Qeyd edək ki, əsaslı təmir işləri aparılan, 960 şagird yerlik yeni Xaldan kənd tam orta məktəbinin binası 2022-2023-cü tədris ilinin əvvəlində istifadəyə verilməsi nəzərdə tutulur.