Saat24.Az xəbər verir ki,20 Yanvar - Ümumxalq Hüzn Gününün 34-cü ildönümü münasibətilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi və regionun əhatə etdiyi Yevlax, Ağdaş, Göyçay, Ucar, Zərdab, Kürdəmir rayonları üzrə gənclər və idman sektorlarının əməkdaşları, idman ictimaiyyəti müvafiq olaraq bölgələrdə yerləşən Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad edilib və məzarları üzərinə gül dəstələri düzülüb.