Kənd gənclərinin yumşaq bacarıqlarının inkişaf etdirilməsi istiqamətində təlim təşkil olundu-Foto

Gəncliyə Dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “REYS2 – Region yeniyetmələri üçün Soft Skills” mövzusunda təlimlərin təşkili layihəsi çərçivəsində məktəblərdə təlimlərin təşkilinə başlanılmışdır. İlk təlim 30  məktəblinin iştirakı ilə Zərdab rayon Gəlmə kənd tam orta məktəbində keçirilmişdir.

Tədbiri məktəbin direktoru Rasif Qaçayzadə açıq elan etmiş və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. O çıxışı zamanı gənclərin karyera quruculuğunda, onların gələcək həyatlarında layihənin böyük rolunun olduğunu vurğulamışdır.
Donor, təşkilat və layihənin növbəti mərhələləri haqqında təşkilatın sədri Vəfa Xəlilli məlumat vermiş, uğurlu karyera qurmaqda Soft Skills`in rolundan, adları sadalanmış yumşaq bacarıqların inkişaf etdirilməsi istiqamətində söhbət aparmışdır.
İkinci hissədə Təlimçi Kəmalə Xəlilli gənclər üçün vacib yumşaq bacarıq olan “Zamanın idarə edilməsi” mövzusunda təlim keçmiş və zamanımızı düzgün idarə etmək bu zamanda daha məhsuldar olmaq üçün metodlar haqda məlumat vermişdir.
Sonda layihə çərçivəsində keçiriləcək olan “Karyera Forumu”nda iştirak etmək istəyən daha çox aktivliyi ilə seçilən məktəblilərin qeydiyyatı aparılmışdır.
Qeyd edək ki, layihənin məqsədi regionun yeniyetmə və gənclərinin yumşaq bacarıqlarının (Soft Sklils) inkişafının təşkil olunması və bunun sayəsində gənclərin uğurlu karyera qurmalarına və peşəkar kadr kimi yetişmələrinə dəstək olmaqdan ibarətdir.



“Gəncliyə dəstək” İctimai Birliyinin sədri – Vəfa Xəlilli

1541