"Hermes" restoranı bina sakinlərini narahat edir

 

Nərimanov rayonu Ceyhun Hacıbəyli küçəsində yaşayış binasının birinci mərtəbəsində yerləşən "Hermes" restoranı asayişi pozaraq sakinləri narahat edir.

Bu barədə bina sakini Könül Hüseynova Sonxeber.az-a şikayətini bildirib.

O bildirib ki, avqust ayından gecə saatlarından səhərə kimi səs-küy olur və bu, sakinləri narahat edir. Könül Hüseynova polisə müraciət edib. Polis gəlib xəbədarlıq etdikdən sonra bir müddət sakitliyə riayət olunsa da, daha sonra yenə səs-küy davam edir. Polis sakinə bildirib ki, tək çıxış yolu o binadan köçməkdir.

Sonxeber.az Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polkovnik-leytenantı Elşad Hacıyevə müraciət edib. Elşad Hacıyev bildirib ki, məsələ ilə bağlı araşdırma aparılacaq.

1548