"Fiziki-psixoloji zorakılıqdan qorunma" layihəsinin növbəti təlimi Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində keçirildi-Foto

Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan "Fiziki-psixoloji zorakılıqdan qorunma" layihəsinin növbəti təlimi Zərdab rayon Kəndəbil kənd tam orta məktəbində keçirildi. Təlimdə Kəndəbil və Şıxbağı kənd tam orta məktəbin şagirdləri və müəllimləri, eyni zamanda valideyn heyyəti  iştirak etdi
.
Təlimçilər Karnegi klub treninq mərkəzinin yaradıcısı doktor Nəcəf Allahverdiyev, hüquqşunas Vüsal Yusifov,  psixoloq İlkin Əliyev və layihə rəhbəri Aygün Abdullayeva layihənin günün tələblərindən irəli gəldiyini bir daha vurğuladılar. 
Layihə rəhbəri iştirakçılara zorakılıq və onun növləri, zorakılıqdan qorunma yolları haqqında ətraflı çıxış etdi. O bildirdi ki,  zorakılıq qarşılıqlı anlaşma olmayan zaman baş verir. Çox vaxt insanlar ünsiyyət qura bilmir, özgüvən hissi aşağı olan kəslər bu halla daha çox üzləşirlər.

Doktor Nəcəf Allahverdiyev də iştirakçılara ünsiyyətin növləri,zamanın idarə olunması, özgüvən hissinin formalaşması  haqqında məlumat verdi . Bütün bunların formalaşmasmasında valideynlərin də daha çox məsuliyyət daşıdığını iştirakçıların diqqətinə çatdırdı. 

Hüquqşünas Vüsal Yusifov konstitusiya hüquqları, əmək məcəlləsi,  təhsil qanunu haqqında olan çıxışında bildirdi ki, hüquqlar hamı üçün eynidir, sadəcə bizim hüquqlarımız o zaman pozulur ki, biz onları bilmirik.
Psixoloq İlkin Əliyev isə öz növbəsində zorakılığın insan psixikasına təsirlərindən, bunu gələcəkdə törədəcəyi fəsadlardan danışdı.

Sonda təlim iştirakçılarını maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırıldı.

1459