Təhsildə inkişaf və innovasiyalar üzrə Vl qrant müsabiqədə qalib olan "Fiziki-psixoloji zorakılıqdan qorunma" layihəsinin növbəti təlimi Zərdab rayon H. Zərdabi adına 1 saylı məktəb liseydə keçirildi. Təlimdə məktəbin şagirdləri və müəllimləri, eyni zamanda valideyn heyyəti iştirak etdi
.
Təlimçilər Karnegi klub treninq mərkəzinin yaradıcısı doktor Nəcəf Allahverdiyev, hüquqşunas Vüsal Yusifov, layihə rəhbəri Aygün Abdullayeva layihənin günün tələblərindən irəli gəldiyini bir daha vurğuladılar.
Layihə rəhbəri iştirakçılara zorakılıq və onun növləri, zorakılıqdan qorunma yolları haqqında ətraflı çıxış etdi. O bildirdi ki, zorakılıq qarşılıqlı anlaşma olmayan zaman baş verir. Çox vaxt insanlar ünsiyyət qura bilmir, özgüvən hissi aşağı olan kəslər bu halla daha çox üzləşirlər.
Doktor Nəcəf Allahverdiyev də iştirakçılara ünsiyyətin növləri,zamanın idarə olunması, özgüvən hissinin formalaşması haqqında məlumat verdi . Bütün bunların formalaşmasmasında valideynlərin də daha çox məsuliyyət daşıdığını iştirakçıların diqqətinə çatdırdı.
Hüquqşünas Vüsal Yusifov konstitusiya hüquqları, əmək məcəlləsi, təhsil qanunu haqqında olan çıxışında bildirdi ki, hüquqlar hamı üçün eynidir, sadəcə bizim hüquqlarımız o zaman pozulur ki, biz onları bilmirik.
Sonda təlim iştirakçılarını maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırıldı.