Valideynlər məktəbli formasını istədikləri satış məntəqələrindən ala və ya tikdirə də bilərlər.
Azərbaycan Respublikaasında bütün təhsil müəssisələrində (dövlət ümumi təhsil müəssisələri istisna olmaqla) təhsilalanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Dövlət ümumi təhsil müəssisəsində təhsilalanların geyim formaları “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “Dövlət ümumi təhsil müəssisələrində təhsilalanlar üçün geyim formalarının təsvirləri müvafiq icra hakimiyyəti оrqanının müəyyən etdiyi orqan(qurum)” tərəfindən müəyyən olunmuş qaydada tətbiq edilir.
Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində artıq formalar müəyyən edilib. Valideynlər Nazirlər Kabinetinin qərarına əsasən Pedaqoji Şura tərəfindən seçilən məktəbli forması barədə məlumatlandırılıb. Tədris ili başlayan zaman məktəbli forması əldə etməkdə çətinlik yaranmaması üçün valideynlərə uyğun satış məntəqələrindən formaları almaqları tövsiyə olunur.
Saat24.Az Coşqun Abdullayev