"Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyevdən açıqlama

Saat24.Az xəbər verir ki,bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev müəllif yazısında qeyd edib.

Sözügedən yazını təqdim edirik:

Dəyərli dostlar!
Bir neçə gündür bəzi saytlarda və sosial şəbəkələrdə guya Socar Azəriqaz İB-nin bir neçə məsul şəxsinin həbsi ilə bağlı məlumatlar yayılır. Əvvəla diqqətinizə çatdırım ki, “Azəriqaz” İB-nin fəaliyyəti göz qabağındadır. Kifayət qədər sosiallaşmış Birliyin bu istiqamətdə əsas məqsədi baş verən proseslərə, problemlərə dərhal və adekvat reaksiya verməkdir ki, bunun da müsbət nəticələri ən müxtəlif səviyyələrdə etiraf olunmaqdadır. Söz yox, insan faktoru olan yerdə yüz faizlik nəticədən danışmaq bütün hallarda absurddur. Ancaq nöqsanların aradan qaldırılması istiqamətində ciddi şəkildə cəhd etdiyimizə sizi əmin edirəm. İstehsalat Birliyinin qapıları hər zaman media,blogger və QHT nümayəndələrinin, eləcə də sadə vətəndaşların üzünə açıqdır. Yəni istənilən sualın cavabı özünü çox gözlətdirmir. Təəssüf ki, bütün bunlara baxmayaraq yenə də, dəqiqləşdirilməmiş, dedi-qodu motivli informasiyalar dövriyyəyə buraxılır ki, bu da ictimai rəyin çaşdırılmasına xidmət edir. Təbii ki, bu da SOCAR “Azəriqaz” İB-nin işgüzar nüfuzuna təsirsiz ötüşmür. Biz xidmət sahəsi olaraq ölkədə inhisarçı nüfuza malikik. Amma bu inhisarçılığın mahiyyətində diqtə etmək,kopporativ maraqlar əsla dayanmır. Biz xidmətimizi dövlər qurumu olaraq özümüzə borc və vəzifə bilirik. Odur ki, sizdən təvəqqe edirik, şaiyələrə köklənməyək və yolumuza qarşılıqlı etimad əsasında davam edək.

999