Saat24.Az xəbər verir ki,Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov və tibb müəssisəsinin kollektivi tərəfindən Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi hörmət və ehtiramla anılıb,abidəsi önünə gül dəstələri düzülüb.
Zərdab Rayon Mərkəzi Xəstəxanasında anım günü ilə əlaqədar tədbir keçirilib.Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükut ilə yad edilib.Zərdab Rayon Mərkəzi Xəstəxanasının direktoru Emil Kamilov Heydər Əliyevin şərəfli ömür yolundan,səhiyyəmizin inkişafında olan xidmətlərindən danışıb.Poliklinika şöbəsinin müdiri Xavər Teymurova və digər həkimlər Heydər Əliyevin xalqımız qarşısında misilsiz xidmətləri,xüsusilə Azərbaycanın müstəqilliyi,dövlət quruculuğu sahəsindəki gərgin fəaliyyətindən bəhs ediblər.