“Ailələrə Sosial Dayaq” ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Gender bərabərliyinin və qadın hüquqlarının cəmiyyətə fəal surəttə təşviq edilməsi və cəmiyyətin bu sahədə rolunun gücləndirilməsi” adlı layihəyə start verib.
İctimai birlikdən Kanal32.az-a verilən məlumata görə,layihədə Mingəçevir şəhərində fəaliyyət göstərən qadın qurumları ,müvafiq qurumlar , könüllülər və layihə iştirakçıları iştirak edəcəkdir. Şəhər və şəhər ətrafında yasayan 18 yaşdan yuxarı qız və qadınlar, o cümlədən layihəyə cəlb olunacaq işçilər və könüllülər olmaqla cəmi 20 qız və qadın faydalanacaqdır. Layihənin əsas məqsədi maarifləndirici kampaniyaların təşkili yolu ilə Gender bərabərliyi və qadın iştirakçılığının təmin olunmasına yardım etməkdən ibarətdir .
Layihə çərçivəsində “Gender bərabərliyi nədir?”, “Ailə və cəmiyyətdə qadınların rolu”, “Ailədaxili ünsiyyətin və münasibətin tənzimlənməsi” , “Erkən nikahlara yox deyək”, “Qadınlarda özünə güvən hissinin bərpası, cəmiyyətə inteqrasiya etməyin yolları” mövzularında təlimlər keçiriləcək. Təlimlər zamanl iştirakçı qadınlarla psixoloji söhbətlər, hüquqi konsultasiyalar təşkil olunacaq. Layihə 3 ay davam edəcək.